AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN NƏZDİNDƏ 

AZƏRBAYCAN MALİYYƏ-İQTİSAD KOLLECİ 2022/2023-cü tədris ili üzrə 

TƏLƏBƏ QƏBULUNUN QEYDİYYATI

Qeydiyyat onlayn qaydada –  https://portal.edu.az platforması vasitəsilə aparılır.

Abituriyentlər DİM (https://dim.gov.az) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

QEYD: Müəyyən olunmuş müddətdə https://portal.edu.az-da qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir!

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 6 ədəd
  2. Şəxsiyyət vəsiqəsinin surəti
  3. Doğum haqqında şəhadətnamənin surəti
  4. Attestat
  5. İlkin hərbi qeydiyyat haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün)
  6. Sağlamlıq haqqında tibbi arayış
  7. Təhsil haqqının ödənilməsinə dair qəbzin surəti (ödənişli əsaslarla qəbul olanlar üçün).

Təhsil haqqından azad olunan tələbələrin təqdim edəcəyi əlavə sənədlər:

  1. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər – tələbə:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayış elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

  1. Məcburi köçkün statuslu Azərbaycan Respublikasının vətəndaşı olan tələbə:

- tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:

- Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti; digər valideynin orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

QEYD: Bu imtiyaz əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

  1. Şəhid ailəsinin üzvü olanlar:
    • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti
    • 18 yaşı tamam olanlar şəhid ailəsinin üzvi kimi vəsiqənin surəti
    • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti

QEYD: Şəhid ailəsinin üzvü təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunurlar.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

- valideynin şəxsiyyət vəsiqəsinin surəti;

QEYD: Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır.

5.1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

DİQQƏT: https://portal.edu.az -da qeydiyyatdan keçmiş tələbələr kollec tərəfindən müəyyən ediləcək vaxtda qeydiyyat üçün tələb olunan sənədləri kollecə təqdim etməlidirlər.

Əlaqə nömrəsi: +99412 493 17 83 (Həftə içi: saat 09:00-18:00)

Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

https://www.facebook.com/maliyye.iqtisad.kolleci

 

TOP XƏBƏRLƏR