Almaniyanın Siegen Universiteti və Fransanın Montpellier Universiteti təqaüdsüz mübadilə proqramına sənəd qəbulu elan edir.
Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2024/2025-ci tədris ilinin yaz semestrində təhsillərini Almaniyada və ya Fransada davam edə bilərlər. Proqramının şərtlərinə əsasən, xarici universitetə təhsilhaqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayıüzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu iləseçiləcək.
Seçiləcək tələbə sayı: 4 nəfər (Hər universitetə iki nəfər olmaqla)
Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
- Gedəcək ölkənin dilini və tədris olunacaq ingilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək);
- UNEC-in 2 və 3-cü kurs bakalavr tələbəsi və ya magistratura tələbəsi olmaq;
- İqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil almaq.
Tələb olunan sənədlər:
- Akademik transkript
- CV (ingilis dilində)
- Pasport (mövcud olmadığı halda şəxsiyyət vəsiqəsi)
Son müraciət tarixi: 15 oktyabr, 2024-cü il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır).
Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin adı-“Siegen Universiteti” və ya “Montpellier Universiteti” yazılmalıdır.