İsveçrənin Haute école de gestion Arc (HEG Arc) Universiteti tərəfindən 2026–2027-ci tədris ili üzrə mübadilə proqramına müraciət qəbulu açıq elan olunur.
🔹 Son müraciət tarixi (payız semestri üçün): 17 aprel 2026 14:00-dək Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçtuna göndərilməlidir
🎓 Magistr proqramı (Master səviyyəsi)
İxtisas:
Master of Science in Business Administration (Business in Eurasia)
Tədris dili:
İngilis dili (minimum B2)
Tədris istiqamətləri:
Beynəlxalq iqtisadiyyat, Avrasiya bazarları, rəqəmsal biznes, strateji idarəetmə
🎓 Bakalavr proqramları (Bachelor səviyyəsi)
İxtisaslar:
Business Administration
Business Law
Business Information Technology
Tədris dili:
Fransız dili (minimum B2)
Tədris istiqamətləri:
Biznes idarəedilməsi, Menecment, İqtisadiyyat və İnformasiya Texnologiyaları
📄 Tələb olunan sənədlər
- CV (ingilis dilində)
- Motivasiya məktubu
- Akademik transkript
- Xarici pasportun surəti
- Dil sertifikatı (minimum B2)
Əlavə məlumat
- Mübadilə müddəti: 1 semestr
- Müraciət yalnız UNEC tərəfindən rəsmi nominasiya əsasında həyata keçirilir
- İxtisas adları UNEC-də mövcud olan ixtisas adları ilə tam uyğunluq təşkil etməyə bilər; tələbələr gələcək semestrdə UNEC-də tədris olunacaq fənlərlə uyğunluq təşkil edən fənnləri seçmək imkanına malikdirlər.
📩 Proqramda iştirak etmək istəyən tələbələrdən sənədlərini qeyd olunan son tarixədək Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçtuna təqdim etmələri xahiş olunur.
Ətraflı məlumat üçün Beynəlxalq Əməkdaşlıq Departamentinə müraciət edə bilərsiniz.