Azərbaycan Universiteti "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində QARABAĞIN DİRÇƏLİŞİ-EKO LAYİHƏLƏR mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi elan edir.
Müsabiqə aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- Alternativ və bərpa olunan enerji və onun saxlanması
- Enerjiyə qənaət idarəetmə və effektivlik
- Enerji menecmenti,nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri
- Enerji, elm, texnika və cəmiyyət
- Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr
- Arxitekror dizayner layihələri
- Hərbi əməliyyatlar nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi və kənd təsərrüfatı üçün yararlı hala salınması
Müsabiqə iki mərhələdə keçiriləcək.
I mərhələ(qiyabi): 3 may 2024 - 15 may 2024
ll mərhələ(əyani): 17 may 2024 - 30 may 2024
Qaliblərə diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcək.
- l yer-1000 manat
- ll yer-800 manat
- lll yer-600 manat
Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2024-cü il tarixinə qədər öz işlərini doldurulmuş ərizə forması ilə birlikdə Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına göndərə bilərlər.
İşin hazırlanması və strukturu
Müsabiqəyə təqdim olunacaq iş Azərbaycan dilində (müstəsna hallarda rus dilində) olmalıdır, titul vərəqi, mündəricat, giriş, əsas hissə, nəticələr və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır. İşin həcmi A4 formatında 12 səhifədən 30 səhifəyə qədər ola bilər. Titul vərəqində iştirakçının adı, soyadı, atasının adı, təhsil müəssisəsi, seçilmiş istiqamət, işin adı, rəhbər haqqında məlumat (adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı) yazılmalıdır. Mündəricat səhifələr qeyd edilməklə əsas bölmələri və başlıqları əks etdirməlidir. Giriş hissəsində seçilmiş mövzunun aktuallığı, məqsədi əsaslandırılmalı, obyekti formalaşdırımalı və tədqiqat metodu göstərilməlidir. Əsas hissə seçilmiş istiqaməti və işin mövzusunu tam açmalı, eləcə də alınmış nəticələri əks etditməlidir. Nəticə hissəsində müəllifin apardığı tədqiqat nəticəsində əsas aldığı nəticələr və tövsiyyələr yer almalıdır.
- Misrosoft Word proqramı
- Soldan 3 sm, sağdan, yuxarıdan, aşağıdan 2sm
- Times New Roman -14
- Sətirlərarası interval -1,5