A

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.

Ali İdarəetmə Məktəbi UNEC-in magistr tələbələri üçün 1 semestrlik mübadilə proqramı təklif edir. Mübadilə proqramı 2024-cü ilin payız semestrinə nəzərdə tutulub.

İxtisaslar:

-İqtisadiyyat

-Menecment 

-Biznesin idarəedilməsi

Mübadilədə iştirak meyarları:

İngilis dilində B2 səviyyəsinə malik magistratura səviyyəsində təhsil alan 1-ci kurs tələbələri

Tələb olunan sənədlər:

-Pasport (olmadığı təqdirdə şəxsiyyət vəsiqəsi)

-CV 

-Motivasiya məktubu (ingilis dilində)

-Transkript (75-dən yuxarı ÜOMG)

-Dil sertifikatı (əgər varsa)

Birinci mərhələni keçən UNEC tələbələri ikinci mərhələdə İsveçrə HES-SO İdarəetmə məktəbinin Qəbul komitəsinin heyəti tərəfindən ingilis dilində müsahibəyə dəvət olunacaq və müvəffəqiyyətli olan iki tələbə mübadilədə iştirak etmək haqqı qazanacaq.

UNEC tələbələri üçün təklif olunan imkanlar:

  • 950 CHF (təxminən 1700 AZN) məbləğində təqaüd; 
  • Tibbi sığorta; 

Son müraciət tarixi: 2 may 2024

Tələb olunan sənədlər 1 fayl olmaqla .pdf formatda eЭтот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına HES-SO başlığı ilə göndərilməlidir.

Son müraciət tarixini keçən tələbələrin sənədləri nəzərə alınmayacaq. 

TOP XƏBƏRLƏR