A

UNEC Gənc Müəllimlər Şurası “Azərbaycan Xalq Cümhuriyyəti”nin yaradılmasının 100 illik yubileyinə həsr edilən müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

1. Gənc Müəllimlər Şurasının üzvləri olan müəllimlər rəhbərlik edərək araşdırma aparacaqları və təqdimat hazırlayacaqları tələbələri seçirlər. Tələbələr “Azərbaycan Xalq Cümhuriyyətinin” sosial-iqtisadi, tarixi, mədəni əhəmiyyəti haqqında çıxış və təqdimatlar hazırlamalıdırlar.
2. Təqdimatlar 11 may tarixinə qədər Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. email ünvanına göndərilməlidir.
3. Şuranın İdarə Heyəti tərəfindən ən yaxşı 10 təqdimat seçilərək müsabiqəyə buraxılacaq. Müsabiqəyə buraxılan bütün təqdimatlar may ayının 15-i elan ediləcək.
4. Təqdimatı hazırlayan tələbələr daha sonra münsiflər heyəti qarşısında çıxış edecək və bu çıxışlar əsasında 1-ci, 2-ci və 3-cü yerlər müəyyən ediləcək.

İştirakçıya sertifikat, qaliblərə isə diplom və hədiyyələr təqdim olunacaq.

Təqdimatların son göndərilmə tarixi: 11 may
Qəbul edilən təqdimatların elanı: 15 may
Tədbirin keçirilmə vaxtı: 25 may 

TOP XƏBƏRLƏR