A

9-12 aprel 2019-cu il tarixlərində Moskva şəhərində XX Aprel Beynəlxalq Elmi Konfrans keçirilmişdir. UNEC rektoru, professor Ədalət Muradov Ali İqtisad Məktəbinin (AİM) (“Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminovun dəvəti ilə nüfuzlu tədrirə qatılmışdır. Dünyanın aparıcı universitetlərinin nümayəndələrinin məruzəçi və iştirakçı qismində qatıldığı konfransda ABŞ-ın və Avropanın aparıcı ali təhsil müəssisələrinin, o cümlədən, Harvard, Bonn, Kaliforniya, Miciqan, Vyana, Florida, Sidney Universitetlərinin və digər ali məktəblərin nümayəndələri fəxri məruziçi qismində iştirak ediblər. UNEC-dən tədbirdə iştirak etmiş “İqtisadiyyat” (Rus dilli) kafedrasının müdiri Müslüm İbrahimov öz təəsüratları ilə unec.edu.az ilə paylaşıb.

- Müslüm müəllim, Aprel Beynəlxalq Elmi Konfrans MDB məkanının seçilən elmi konfranslarında biri hesab edilir. Tədbirdə hansı mövzular müzakirə edilmişdi?

-  İlk öncə bildirmək istəyirəm ki, nəinki Rusiyada hətta dünyanın digər tanınmış ali təhsil oçaqlarında keçirilən konfranslar arasında Ali İqtisad Məktəbi tərəfindən hər il keçirilən ictimai iqtisadi problemlərin müzakirəsinə həsr olunmuş Aprel konransı elm və tədqiqat sahəsində, əsasən də iqtisadiyyat istiqamətində, ən möhtəşəm və ən səviyyəli konfranslardan biridir. Bu il 9-12 aprel 2019 –ci il tarixlərində sayca XX-ci Aprel Beynəlxalq Elmi Konfransı keçirildi. Hər il olduğu kimi bu ildə tədbir olduqca möhtəşəm formatda keçirildi. Qeyd etmək istərdim ki, universitetimizin əməkdaşları öz elmi məqalərilə daimi bu konfranslarda iştirak ediblər.

Konfransın özəlliyi ondan ibarətdir ki, bu konfransda elm adamları ilə yanaşı həm də real iqtisadiyyatı mövcud problemləri təhlil edən peşəkar ekspertlər, tədqiqatçılar, yüksək vəzifəli dövlət və iş adamları müəyyən bir iqtisadi elmi-praktik platforma müstəvisində təmasda olub, hansısa bir iqtisadi problemin həllində öz fəaliyyətlərini koordinasiya etməyə calışırlar. Belə bir konfrans insanlar arasında canlı bir dialoqun yaranmasına şərait yaradır.

Konfrans RF-nın baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov tərəfindən Rusiya Federasiyasının Prezidentinin təbrik məktubunun səsləndirilməsi ilə başlamışdır. İclasda  Rusiya Federasiyasının baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov, Rusiya Federasiyasının Federal məclisi Dövlət Dumasının Büdcə və vergi üzrə Komitəsinin sədri A.M. Makarov, Rusiyanın Sənayeçilər və Sahibkarlar ittifaqının Prezidenti və Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin Prezidenti A.N. Şoxin, Rusiyanın Mərkəzi Bankının sədrin birinci müavini K.V. Yudayeva,  Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin rektoru Y.İ. Kuzminov və digərləri çıxış ediblər.

Bu platformada, forum formatında keçən tədbirdə dövləti təmsil edən yüksək vəzifəli insanlar gələcəkdə və bugün problemlərin həll edilməsi yollarını müzakirə edirlər, problemlərin mahiyyətini göstərən məlumatlarla paylaşırdılar. Konkret problemlərin həlli məqsədi ilə tətbiq olunmalı mexanizmlərin ictimai müzakirəsi keçirilirdi. Müxtəlif sahələri təmsil edən insanları məruzələri, opponetlərin çıxışları, qızğın müzakirələr olduqca maraqlı bir tədbir formatı müəyyən etdi.

Aprel konfransının əsas məzmunu odur ki, həm akademik sektorun insanları, həm analitika sektorunun nümayəndələri, həm də dövlət nümayəndələri bir araya gəlib, mövcud olan problemləri müzakirə edirdilər. Ona görə də ümumiyyətlə Rusiya da bu aprel konfransı çox böyük bir əhəmiyyətə malik tədbir kimi qəbul olunub.

140 səhifədən ibarət tədbir proqramında dövlət idarəçiliyi, maktoiqtisadiyyat və iqtisadi artım, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, sosial siyasət maliyyə institutarı və digər məsələlər müzakirə olunmuşdur. Əsasən əlbətdəki, RF–da olan iqtisadi faktorlar, iqtisadi problemlər müzakirə olunmuşdu.

Burada makroiqtisadi siyasət, maliyyə bazarları, əmək, sosial müdafiə məsələləri, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyatın inkişafı, daha sonra sosial sferada  olan müəyyən bir istiqaməti əhatə edən bir seksiyalar olmuşdur. Demək olar ki, bütün mövcud olan problemləri əhatə edən bir konfrans olmuşdur.

Bundan başqa bu tədbirdə müxtəlif ölkələrdən xarici qonaqlar gəlmişdi. Burada səsləndirilən mühazirələr məhz bu konfrans üçün hazırlanmışdı. Burada həm tanınmış akademik insanlar, ekspertlər onlarla bərabərdə müxtəlif universitetlərdən doktorantlar, magistrləri, tələbələridə iştirak etmişdilər.

- AİM RF-nın milli tədqiqat universiteti statusuna malikdir. AİM ilə UNEC–in müqayisəsi hansı məqamları ortaya çıxara bilər?

- UNEC deleqasiyası cənab rektor, professor Ədalət Muradov başda olmaqla çox böyük hömətlə qarşılanmışdır. Elə konfransın ilk günündə Ali İqtisad Məktəbin rektoru və müxtəlif sahələri kurasiya edən prorektorlar, şöbə müdirləri və universitetin digər nümayəndələri, bizim deleqasiyanı qəbul etmişdilər. Danışıqlar çox uzun müddətli oldu. Bu onu göstərir ki, Ali İqtisad Məktəbi UNEC-ə bugün çox böyük diqqət yetirir. Sözün doğrusu gözlənilməyən təkliflər olmuşdur. Yəni bu təkliflər onu göstərdiki, artıq RF-nın 1 nömrəli universiteti onu demək lazımdır ki, QS–də də yüksək yer tutan Ali İqtisad Məktəbi, UNEC-i bərabər səviyyəli bir universitet kimi qəbul edir.

UNEC rektoru, professor Ədalət Muradovun Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov ilə görüşü zamanı ikitərəfli əməkdaşlıq imkanları geniş müzakirə edilmiş, ikili diplomla bağlı işlərə start verilməsi razılığı əldə edilmişdir.

Rektor Y.Kuzminov birgə elmi-tədqiqat laboratoriyalarının qurulması, şəbəkə təhsil proqramlarında iştirak, UNEC tələbələrinin RF-nın Prezidentinin layihəsi olan “Mən peşəkaram” (“Я профессионал”) olimpiadasında iştirakı kimi məsələlərə toxunda. Öz növbəsində, AİM-nin təhsil proqramları və aspirantura üzrə prorektoru Sergey Roşin hazırda birgə təhsil layihələrinin, ikili diplom proqramlarının hazırlanması üçün bütün imkanların mövcud olduğunu bildirdi. Hər iki tərəfdən səsləndirilmiş təkliflərin daha detallı müzakirəsi üçün may ayında Ali İqtisad Məktəbinin nümayəndələrinin UNEC-ə səfərinə dair qərar qəbul edildi.

AİM rektoru Yaroslav Kuzminov, AİM və UNEC-in eyni istiqamətdə hərəkət etdiyini qeyd edərək, universitetlər arasında tərəfdaşlığın aktiv inkişaf etməli olduğunu vurğuladı. AİM rektoru birgə “online” və “offline” təhsil proqramlarının yaradılması, (həmçinin Coursera platforması bazasında) birgə UNEC-HSE kursunun hazırlanması, UNEC doktorantlarının “Rossiyskie postdoki” proqramında iştirak üçün dəvət edilməsi təklifləri ilə çıxış etdi. Beləliklə, UNEC doktorantı dissertasiyanın müdafiəsindən sonra iki il müddətində AİM-də təhsil almaq və dərs demək imkanı əldə edəcək.

- UNEC tədqiqat universitetinə transformasiya məqsədi ilə ciddi addımlar atır. Elmi tədqiqat işləri, yüksək “impact” faktorlu dərgilərdə alimlərimizin çap etdikləri əsərlərin sayı artır. AİM ilə UNEC birgə tədqiqatlar aparması məsələsinin müzakirəsi barədə məlumat verərdiniz. 

- UNEC rektoru, professor Ədalət Muradov UNEC-in Dərbənd filialının potensialından qarşılıqlı maraq və əməkdaşlıq çərçivəsində birgə istifadə edilməsi imkanlarına toxundu. UNEC rektoru iki ildən artıq fəaliyyət göstərən Rus İqtisad Məktəbinin (RİM) bazasında Ali İqtisad Məktəbinin müxtəlif təhsil proqramlarının təşkil edilməsi perspektivləri, birgə tədqiqatların aparılması, nəticələrin SCOPUS və “Web of Science” platformalarına daxil olan “impact” faktorlu elmi nəşrlərdə dərc edilməsi imkanları haqqında danışdı.

UNEC-in gördüyü bir sıra işlər AİM rektoru Y.Kuzminov-da böyük maraq doğurdu. Məsələn UNEC2B proqramı böyük bir maraq doğurdu. Bu layihənin ideyasını AİM rəhbərliyi maraqla qarşıladı.

Səfər çərçivəsində, UNEC rektoru, professor Ə.Muradov RF-da inklüziv təhsil üzrə lider olan Moskva Humanitar-İqtisad Universitetinə səfər etmiş və rektor Vaqif Bayramov ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əməkdaşlıq, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlər müzakirə edilmişdir. Universitetlər arasında ikili diplom proqramının tətbiqi üçün işlərin tamamlanması müzakirə edilmişdir.

UNEC rektoru, professor Ədalət Muradov Breyqel İnstitutundan (Belçika) məruzəçi Marek Dombrovski, ABŞ-ın Florida Atlantik Universitetindən olan fəxri məruzəçi Əli Farazmanda, Siena Universitetindən professor Maurisio Pompella, Katovays İqtisadiyyat Universitetindən professor İvona Paulas (Polşa), Ali İqtisad Məktəbindən professor Fuad Ələsgərov, AİM-in vitse-prezidenti İvan Prostakov, AİM-in Beynəlxalq inkişaf departamentinin rəhbəri Marina Batalina, AİM-in Sənaye və bazar tədqiqatları institutunun direktoru, professor Andrey Yakovlev, IDP şirkətindən Lorenso Kostantino ilə görüşlər keçirimişdir.

TOP XƏBƏRLƏR