Radio UNEC-də “İqtisadi Xəbərlər” verilişinin növbəti buraxılışı efirdə yayımlanıb.
Verilişi “İqtisadiyyat və idarəetmə” fakültəsinin II kurs tələbəsi Lalə İmaməliyeva təqdim edib. Buraxılışda dinləyicilərə Azərbaycan iqtisadiyyatında baş verən ən son yeniliklər və mühüm iqtisadi hadisələr barədə məlumatlar çatdırılıb.
Qeyd edək ki, “İqtisadi Xəbərlər” verilişi hər həftənin cümə günü, saat 13:00-da “Radio UNEC” efirində yayımlanır.