A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznes və menecment” fakültəsində “Açıq qapı” günləri çərçivəsində aparıcı orta məktəb və liseylərin abituriyentləri ilə görüş təşkil olunub.

Görüşdə 215, 135, 59, 294 saylı tam orta məktəblərin və Gənc İstedadlar Liseyinin abituriyentləri iştirak ediblər.

Tədbir zamanı fakültə dekanı dosent Mirağa Əhmədov abituriyentlərlə görüşərək onlara universitetdə həyata keçirilən uğurlu islahatlar, ixtisasların əmək bazarındakı rolu, müasir infrastruktur, beynəlxalq əməkdaşlıq və mübadilə proqramları barədə ətraflı məlumat verib, eyni zamanda onların suallarını cavablandırıb.

Daha sonra fakültə katibi Elxan Salayev abituriyentləri tədris binası və fakültənin infrastrukturu ilə tanış edib, gələcək ixtisas seçimlərində onlara dəstək göstəriləcəyini diqqətə çatdırıb.

Abituriyentlər “Açıq qapı” günü çərçivəsində UNEC haqqında dolğun məlumat əldə etdiklərini bildirərək tədbirdən xoş təəssüratla ayrılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay