UNEC-in Rus İqtisadiyyat Məktəbinin Tətbiqi iqtisadiyyat kafedrasının müəllimləri Bakı şəhərinin 291 saylı Ekologiya liseyi, Zəkalar liseyi və Tərəqqi liseyinin yuxarı sinif şagirdləri ilə onlayn görüşüblər.
Kafedranın müəllimləri Fərəh Rəhmani, Günay Əlizadə və Fikrət Xosrovlu məktəblilərə UNEC haqqında ətraflı məlumat veriblər. Tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, xüsusi təqaüd imkanları, ikili diplom, mübadilə və UDİD proqramları və s. danışıblar.
UNEC-in tələbələri üçün yaratdığı imkanları şagirdlər maraqla qarsalayıblar.
Görüşün sonunda şagirdlər “UNEC-də 1 gün” layihəsi çərçivəsində universitetə dəvət olunublar.