Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri “UNEC-i tanı” layihəsində iştirak ediblər.
UNEC-in 3 saylı tədris binasında olan abituriyentlərə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov universitetdəki ixtisaslar, tədris prosesi, imtahanların təşkili, elektron universitet modeli, Amerika, Avropa və Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramları, xüsusi təqaüd və digər təhsil imkanları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonra şagirdlər üçün tədris binasında infotur təşkil olunub. Abituriyentlər kitabxana, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, imtahan zalı, tələbə müzakirə otağı, laboratoriyalar, idman zalı, yeməkxana ilə tanış olublar.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri UNEC-dən xoş təəssüratlarla ayrılıblar.