UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin “Riyaziyyat və statistika” kafedrasının əməkdaşları Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə abituriyentlərlə maarifləndirici görüş keçiriblər.
Görüşdə kafedra müdiri professor Natiq Əhmədov və dosent Vüsalə Teymurova iştirak edərək şagirdlərə UNEC-in təhsil imkanları barədə ətraflı məlumat veriblər. Abituriyentlərə universitetdə tədris olunan ixtisaslar, beynəlxalq ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, eləcə də tələbələrin şəxsi və peşəkar inkişafına yaradılan şərait haqqında danışılıb.
İnteraktiv formada keçən görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək karyera seçimində düzgün istiqamət müəyyənləşdirmələri üçün tövsiyələr verilib.