A

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Əhliman Abbasovu təqdim edirik: “Təhsil ən təsirli iqtisadi siyasətdir”

Əhliman Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb.

Bakalavr təhsili aldığı illərində ABŞ-ın Dyuk Universitetinin, Çexiyanın Çarlz Universitetinin təlimlərində iştirak edib.

Böyük Britaniyanın Nyukasl Universitetində “Beynəlxalq iqtisadiyyat və maliyyə” ixtisası üzrə magistr təhsili alıb.

Hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimidir.

Beynəlxalq İqtisadiyyat kafedrasının dissertantı kimi beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı ilə bağlı elmi tədqiqat aparır. Yerli və xarici elmi jurnallarda 6 elmi məqaləsi nəşr edilib.

Azərbaycan və ingilis dillərini bilir.

TOP XƏBƏRLƏR