A

“Həftənin kitabı” bu həftə “Əvvəlki SƏN OLMA! Yeni Sən YARAT!” kitabını təqdim edir.

Kitabın müəllifi təhsilin idarə olunması üzrə yerli və beynəlxalq təcrübəyə malik mütəxəssis, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimidir.

Kitab 2 aktual mövzuda birləşdirərək, fərqliliyi ilə seçilən 2 kitabçadan ibarətdir.

“Təkər = uğur” konsepti əsasında hazırlanan, təkər və saat formasında çap edilən kitabların yazılmasının əsas məqsədi yaradıcılığı və ictimaiyyətlə əlaqələri inkişaf etdirmək, hadisələrə daha orijinal və kreativ gözlə baxmaq, fərq yaratmaq, effektiv kommunikasiya qurmaq, ətrafdakılarla səmərəli ünsiyyəti təkmilləşdirmək, müsbət vərdişlər formalaşdırmaq, müşahidə qabiliyyətini dərinləşdirmək, həyat keyfiyyətini yüksəltməyə dəstək olmaqdır.

Hər iki kitabda başda dəyərli elm xadimləri Lütfü Zadə, Əziz Səncər olmaqla, ABŞ, İngiltərə, İsrail, Yaponiya, Finlandiya, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Çin, İtaliya və Niderlanddan müxtəlif peşə sahibləri ilə müsahibələr təqdim edilib.

Bir sözlə, müəllif oxucularını qeyri-adi karyera səyahətinə, biz də yay mütaliəsi üçün ən maraqlı əsərlərdən ikisini oxumağınıza dəvət edirik.

Əvvəlki SƏN OLMA! Yeni Sən YARAT!” kitabı 2023-ci ildə nəşr edilib. Oxucu-istifadəçilər kitabı UNEC KİM-in 24/7 və digər kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR