“Həftənin kitabı” layihəsi bu buraxılışında “İqtisadiyyat 101: İstehlakçı davranışından rəqabətli bazarlara – İqtisadiyyat haqqında nəyi bilmək lazımdır?” (“Economics 101: From Consumer Behavior to Competitive Markets--Everything You Need to Know About Economics”) kitabını təqdim edir.
Kitabın müəllifi tanınmış iqtisadçı-alim Alfred Milldir.
Kitabda müasir dünyamızın iqtisadiyyatsız mümkünsüzlüyü və əksər kitabların darıxdırıcı yazılaması vurgulanıb. Bununla da cəmiyyətin ən mühüm sahəsinin öyrənilməsi çətinləşir. Müəllif kitab sayəsində oxucuların iqtisadiyyatı çox maraqlı bir sahə kimi öyrənəcəyinə, real fayda verən praktiki dərsləri daha asan mənimsəyəcəklərinə əmindir. Kitabda inhisarçılıq, oyun nəzəriyyəsi, inflyasiya, qiymət tavanları, bankçılığın mənşəyi, maliyyənin əsaslarına yiyələnmək və digər məlumatlar yer alıb.
Oxucu-istifadəçilər “İqtisadiyyat 101: İstehlakçı davranışından rəqabətli bazarlara – İqtisadiyyat haqqında nəyi bilmək lazımdır” kitabı ilə UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər.