A

“Həftənin kitabı” bu buraxılışında Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC İnklüziv Təhsil İli”nə həsr edərək, növbəti “Davamlı və inklüziv inkişafın idarə edilməsi kursunun öyrənilməsinə dair” kitabını təqdim edir.

Kitabın müəllifi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Günay Pənahovadır.

Dərs vəsaitində əsas diqqət davamlı və inklüziv inkişafın mahiyyəti və prinsipləri, davamlı inkişaf konsepsiyasına keçidin zərurəti əsaslandırılıb, daha sonra davamlı inkişafın başlıca məqsədləri və onların xarakterik cəhətləri, davamlı inkişafın iqtisadi, sosial, ekoloji indikatorları, inklüziv inkişafın mahiyyəti və nəzəri əsasları açıqlanıb, davamlı inklüziv inkişafa keçiddə insan kapitalının, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin həlledici rolu şərh edilib. Sonda Azərbaycanın davamlı inklüziv inkişaf konsepsiyasına keçidin qanunauyğunluqları, xüsusiyyətləri, imkanlar, nəzəri metodoloji və əməli baxımdan araşdırılıb, müvafiq ümumiləşdirmələr edilibdir.

“Davamlı və inklüziv inkişafın idarə edilməsi kursunun öyrənilməsinə dair” kitabı 2024-cü ildə “UNEC” Nəşriyyatında çapdan çıxıb. Dərs vəsaiti 166 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR