A

Astara şəhər  Z. Bünyadov adına 2 saylı tam orta məktəbin 30-a yaxın abituriyenti “UNEC-də bir gün” layihəsində iştirak edib.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Astara şəhər 2 saylı məktəbin təşkilatçılığı ilə baş tutan görüşdə abituriyentlər öncə UNEC-in əsas tədris binasında binasında olublar.

UNEC-in tələbə rektoru Nihad İsgəndərov abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Sonra şagirdlər üçün infotur təşkil olunub. Onlar oxu zalı, İmtahan Mərkəzi, 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Extern Mərkəzi və III tədris binası ilə tanış olublar.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR