A

“UNEC-də bir gün” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri UNEC-də olub.

Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr UNEC-lə tanışlıqdan sonra Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin (DQƏTM) Qiyabi təhsil şöbəsinin “Qida sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi” dərsində iştirak edərək, “İaşə müəssisələrinin texnoloji layihələndirilməsi” mövzusunda mühazirə dinləyiblər. Mühazirədən sonra DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev onlara UNEC-dəki yeniliklər, qiyabi təhsil şöbəsinin fəaliyyəti, ixtisaslar, imtahanlar, eləcə də tədris prosesi barədə ətraflı məlumat verib. UNEC-də texniki və texnoloji ixtisaslar üzrə yeni standartlara uyğun, müasir laboratoriyalarla təchiz olunmuş yeni tədris binasının inşa olunduğunu diqqətə çatdıran S.Tanrıverdiyev onlara peşə təhsillərini bitirdikdən sonra ali təhsil almağı tövsiyə edib.

TOP XƏBƏRLƏR