Karyera Mərkəzində “İdarəetmədə liderlik və effektiv komanda quruculuğu” mövzusunda təlim təşkil olunub.
Təlim “Biznes və logistika” kafedrasının professoru Şəfa Quliyeva tərəfindən aparılıb.
Təlimdə müasir idarəetmədə liderlik bacarıqlarının inkişafı, effektiv komanda quruculuğunun əsas prinsipləri və təşkilatlarda uğurlu nəticələrin əldə edilməsində komanda işinin rolu barədə ətraflı məlumat verilib. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq praktiki yanaşmalarla tanış olublar.