UNEC-də təhsil alan əcnəbi tələbələr üçün “Game & Social Day” adlı sosial və əyləncəli tədbir keçirilib.
Tədbirin məqsədi tələbələrin universitet mühitinə daha rahat uyğunlaşmasına dəstək olmaq, onların sosial əlaqələrini genişləndirmək və müxtəlif ölkələrdən olan tələbələr arasında ünsiyyəti gücləndirmək olub.
Görüş zamanı tələbələr müxtəlif stolüstü oyunlarda iştirak edib, komanda oyunlarına qoşulub və interaktiv fəaliyyətlərdə yer alıblar. Oyunlar tələbələr arasında əməkdaşlığın möhkəmlənməsinə və qarşılıqlı ünsiyyətin artmasına şərait yaradıb.
Tədbir iştirakçıları yeni dostlar qazanıb, fərqli mədəniyyətləri daha yaxından tanımaq imkanı əldə ediblər. Səmimi atmosferdə keçirilən görüş onların bir-birini daha yaxından tanımasına və sosial münasibətlərinin möhkəmlənməsinə şərait yaradıb.
Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb.