Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Fransanın Monpelye ICD universiteti ilə bakalavr səviyyəsi üzrə ikili diplom proqramı həyata keçirir.
Magistr səviyyəsi üzrə isə İsveçrənin UBIS Universitetindən bu il 4 məzuna diplomlar verildi, ABŞ-ın Linkoln Universiteti və Fransanın Monpelye Universiteti ilə isə yeni tədris ilindən həyata keçiriləcək
“Erasmus +” proqramı ilə 14, Mövlana proqramı ilə 13, ikitərəfli əməldaşlıq üzrə 15 tələbə Avropa və Türkiyənin aparıcı universitetlərində bu il təhsil alıblar.
Fransanın ICD Beynəlxalq Biznes Məktəbi Fransanın Paris şəhərində yerləşir. Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi marketinq, ticarət və biznesin inkişafı sahəsində ixtisaslaşmış beynəlxalq biznes məktəbidir.
ICD Beynəlxalq Biznes Məktəbi ilə UNEC arasında ikili diplom proqramı müqaviləsi imzalanıb. Proqramda iştirak etmək üçün tələbələr UNEC-də bakalavr pilləsi üzrə təhsillərinin ilk iki ilini müvəffəqiyyətlə başa vurmalı, təhsilin üçüncü ilində iki semestr müddətinə ICD-də təhsil almalı və dördüncü ili yenidən UNEC-ə qayıdaraq təhsillərini müvəffəqiyyətlə başa vurmalıdırlar.
Bu halda tələbələr UNEC diplomu ilə yanaşı "Biznes" ixtisası üzrə ICD diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir.
Şükufə Göyçaylı