UNEC Karyera Mərkəzinin və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə "Deloitte Accounting Bootcamp" proqramı çərçivəsində Maliyyə və mühasibat fakültəsində təhsil alan IV kurs bakalavr və II kurs magistrantlar üçün müsabiqənin test mərhələsi keçirilib.
Test mərhələsi şirkətin Biznes proseslərinin həlli şöbəsinin meneceri Gülər Əliyeva, Rəşad Abdurahmanlı, İnsan Resursları üzrə baş mütəxəssisi Zeyba Tağızadə tərəfindən təşkil olunub.