Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində Hüquq müəllimi Aytən İbadovanın açıq mühazirəsi keçirilib.
Mühazirədə Aytən İbadova tələbələrə əqli mülkiyyətin qorunması mövzusunda maarifləndirici məlumatlar verib.
Aytən İbadova texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə müəllif hüquqlarının qorunması istiqamətində yaşanan problemlərdən, hüquqi boşluqlar və başqa məsələlərdən danışıb.