SABAH qruplarının “Maliyyə” ixtisası üzrə ll kurs tələbəsi Albina Məmmədova Global UGRAD Proqramının ölkə üzrə 3 finalçısından biri olub.
Albina TOEFL imtahanı nəticəsində topladığı bala (96 bal) uyğun olaraq, payız semestrində ABŞ-ın Kentucky ştatında yerləşən Murray State University-də təhsil alacaq.
Global UGRAD Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu tərəfindən maliyyələşdirilir. ABŞ kollecində və ya universitetində dərəcəsiz akademik təhsilin bir semestri üçün tam maliyyələşdirilən təqaüd proqramıdır.
Tələbəmizi təbrik edirik, təhsilində uğurlar arzulayırıq!