×

Предупреждение

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Не удалось удалить e4007fced64050105533db625a516a03-cache-page-311e485c0399ed09838af82a553945ff.php


A

Mühəndislik fakültəsinin, Dizayn Məktəbinin və Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva müstəqilliyin tarixi barədə məlumat verib. Bildirib ki, 23 ay mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək, Azərbaycanın ilk parlamenti yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət atributları təsdiqləndi. Həmçinin Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Humanitar fənlər kafedrasının dosenti Yusif Fərzəliyev Cümhuriyyətin yaranmasında Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəylinin əvəzsiz rolundan danışıb.

Tədbir tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayişi ilə davam edib.

TOP XƏBƏRLƏR