İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi və konfransı keçirilib.
Sərgidə könüllü dəstəyi UNEC THİK tərəfindən həyata keçirilib. Belə ki, sərgidə 1 rəhbər şəxs UNEC THİK-in sədr müavini Günay Ağazadə, 15 qrup rəhbəri, 95 fəal tələbə iştirak edib.
Sərgidə UNEC könüllüləri aktiv iştiraklarına görə təltif olunublar.