Sentyabrın 15-də UNEC-in bütün tədris binalarında Oriyentasiya Günü keçirilib.
UNEC-in 4 saylı tədris binasında təşkil olunan Oriyentasiya Günündə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova universitetə yeni qəbul olan tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.
Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov bu il fakültəyə 516 nəfər tələbənin qəbul olduğunu deyib. Bildirib ki, fakültə üzrə ən yüksək nəticə “Biznesin idarəedilməsi” ixtisası üzrə 521 baldır.
Tələbələr günboyu tədris prosesi, rəqəmsal universitet, ikili diplom, mübadilə, UDİD, Minor, xüsusi təqaüd proqramları, tələbə təşkilatları, kitabxana, idman zalı və s. barədə məlumat alıblar, həmçinin universitetlə tanış olublar.