A

İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin 12 tələbəsinin UNEC-lə əməkdaşlıq çərçivəsində təcrübə proqramı davam edir.

Proqramın ikinci günündə ISEFCO Consulting qrupunun təsisçisi, eyni zamanda UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müəllimi Elmir Səfərli isveçrəli tələbələrə “Azərbaycanda biznes mühiti” mövzusunda təlim keçirib.

Təlimdən sonra tələbələr UNEC-in Bloomberg Maliyyə Laboratoriyası ilə tanış olublar. Laboratoriyanın rəhbəri Səidə Xəlil onlara laboratoriyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Tələbələr laboratoriyanın terminallarında əməliyyatların aparılması, şirkətlər haqqında məlumat toplanılması, eyni zamanda qlobal makroekonomik dəyişmələr prosesini də izləyiblər. Bundan başqa, tələbələr valyuta matrisi ilə tanış olaraq, İsveçrə frankının gələcək məzənnələrinə də baxıblar.

Günün ikinci yarısında isveçrəli tələbələr Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) infoturda olublar. KOB evinin direktoru Zaur Qasımbəyov tələbələrə KOB evində fəaliyyət göstərən dövlət qurumları haqqında ətraflı məlumat verərək, onlarla maraqlı diskussiyalar aparıb. İsveçrəli tələbələrə kiçik və orta biznes sahibkarlarının öz bizneslərini qurmaq üçün hansı mərhələlərdən keçməli olduqları ətraflı izah edib. 

TOP XƏBƏRLƏR