Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Əbil Cəbizadənin oktyabrın 14-də anım günü idi.
Əbil Cəbizadənin anım günündə UNEC kollektivi şəhidin Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Rəqəmsal iqtisadiyyat fakultəsinin dekan müavini Ramal Cabbarov, UNEC-in THİK sədri İlkan Əliyev və fəal tələbələr şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.