A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfər Sədası” adlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov , UNEC THİK-in sədri İlkan Əliyev, qazilərimiz, UNEC-in əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova açaraq, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi olduğu vurğulayıb.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin, eləcə də dizayn ixtisası üzrə təhsil alan magistrlərin Zəfər Gününə həsr olunan rəsm əsərləri nümayiş olunub.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

TOP XƏBƏRLƏR