Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Tələbələrin insan hüquqları haqqında biliklərinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev insan hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. A.Qarayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit olunduğunu və uğurla həyata keçirildiyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil, SN Legal Company MMC-nin icracı direktoru Nərmin Əliyeva çıxış edərək, insan hüquqlarının qorunması və davamlı olaraq təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən siyasətdən bəhs edib. O, insan hüquqlarının qorunmasının müasir dövrdə ən aktual məsələlərdən biri olduğunu, hazırda və gələcəkdə onların qarşılaşa biləcəyi müxtəlif məqamlarda bilməli olduqları ən vacib hüquqi bilgiləri diqqətə çatdırıb, ləyaqət, ədalət, bərabərlik və hörmət kimi ortaq dəyərlərə əsaslanan insan hüquqlarının qanunlarla müəyyən edildiyini və qorunduğunu bildirib.
Diskusiya şəklində davam edən tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb, tələbələri düşündürən suallar cavablandırılıb.