A

İqtisadiyyat və idarəetmə fakültəsində 17 noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri fakültənin dekan müavini dos.Müşrəvan Əliyev açaraq, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən biri kimi təqvimə düşən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsindəki tarixi rolu barədə danışıb.

Fakültənin katibi dosent Pərviz Səmədov tədbirdə 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsindəki xidmətlərindən, ölkədə gedən sosial-iqtisadi inkişafdan bəhs edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR