A

UNEC-in Dizayn Məktəbində "İnsan hüquq və azadlıqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, inkişaf etmiş sivil cəmiyyətin əsas əlamətini onun məhz qanunlar əsasında idarəolunması təşkil edir. E.Qaımova cəmiyyətin üzvü olaraq, insanlar arasında ictimai münasibətlərin həyatımızın bütün aspektlərini əhatə etdiyini həmin münasibətlərin hüquqi cəhətdən nizama salınmasına hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.                        

UNEC Dizayn məktəbinin katibi baş müəllimi Aytən Ağayeva çıxışında hər bir insanın ayrı-seçkiliyə məruz qalmaması, yaşaması, söz azadlığı, təhsil alması və digər hüquqlara malik olması ilə bağlı tələbələrə ətraflı məlumat verib.

TOP XƏBƏRLƏR