UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi universitet-sənaye iş birliyini uğurla davam etdirir.
“Korporativ sosial məsuliyyət” (KSM) fənnini tədris edən Ülkər Zeynalova magistrantlarla birlikdə layihə istiqamətlərinin təyin edilməsi məqsədilə “Profity Academy”də olublar.
Profity Academynin direktoru, PR meneceri və digər əməkdaşlarının iştirak etdiyi görüşdə magistrantlar tərəfindən innovativ, cəmiyyətə töhfə verəcək və davamlılığı mümkün olan mövzularda layihələrin təqdimatı olub.
Şirkət tərəfindən yüksək qiymətləndirilən layihələrin bəzilərinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.