Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində bütün tədris qruplarında xüsusi dərslər Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuşdur.
Dərslərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum etmələri, girdiyi və bəşəri cinayəti - Xocalı soyqırımını törətdiyi gün olduğu bir daha tələbələrin diqqətinə çatdırılıb.