Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 10 mart Milli Teatr Günü münasibətilə “Dərviş Parisi partlatdı” tamaşası nümayiş olunub.
UNEC tələbələrinin ifasında səhnələşdirilən tamaşa Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" pyesinin senarisi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru UNEC Tələbə Teatrının üzvü Aliar Musayev, inzibatçı rəhbəri isə Məhəmməd Hacıyevdir. Tamaşada Müsyo Jordan obrazını Maliyyə və mühasibat fakültəsinin tələbəsi Vüsal Aslan, Dərviş Məstəli şah obrazını UNEC Biznes Məktəbinin tələbəsi Rəvan Mehdizadə, Qulaməli obrazını TUDİFAK-ın tələbəsi Elxan İsgəndərli, Şəhrəbanu obrazını Biznes və Menecment fakültəsinin tələbəsi Nəzrin Qurbanova, Şərəfnisə obrazını Biznes və Menecment fakültəsinin tələbəsi Zəhra Xəlilova, Xanpəri obrazını İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Asena Məmmədli, Hatəmxan ağa obrazını TUDİFAK-ın tələbəsi Aliar Musayev, Şahbaz obrazını isə Maliyyə və Mühasibat fakültəsinin tələbəsi Bəhlul Nəcəfzadə canlandırıb.
Tamaşanın sonunda UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov tələbələri tamaşanı uğurla oynadıqlarına görə təbrik edib.