A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Məişət zorakılığına qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov tədbiri giriş sözü ilə açaraq, cəmiyyətdə bu neqativə qarşı aparılan işlərin, görülən tədbirlərin əhəmiyyətindən danışıb.

Kafedranın müəllimi Nərgiz Əliyeva məişət zorakılığının elmi nəzəriyyəsindən danışaraq, bu istiqamətdə dövlətin və cəmiyətin vəzifələri haqqında təqdimatla çıxış edib.

Qiyabi və Əyani Təhsil Mərkəzinin (QƏTM) direktor müavini, “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri dosent Təranə Kərimova tədbirdə Azərbaycanın məişət zorakılığına qarşı qoşulduğu konvensiyalardan, qəbul olunmuş qanunlardan vətandaş cəmiyyətindəki təzahüründən danışıb.

Tədbirə qonaq kimi dəvət olunan “Təmiz Dünya” İctimai Birliyi nəzdində qadın və uşaq sığınacağının rəhbəri Mehriban Zeynalova çıxış edərək, məişət zorakılığına qarşı mübarizədə yardım mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib və məişət zorakılığına məruz qalmış şəxsin sosial müdafiəsi, onların hüquqlarının təmin olunmasıyla bağlı görülən praktiki işlərdən bəhs edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR