A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində bəşəriyyətin bəlasına çevrilmiş insan alveri, narkomaniya və məişət zorakılığına qarşı mübarizədən bəhs edən maarifləndirici tədbir keçirilib.

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov tədbirdə çıxış edərək, məişət zorakılığının bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda problemə çevrildiyini diqqətə çatdırıb. O, cəmiyyətin hər bir üzvünün bu bəlalarla mübarizədə birgə fəaliyyət göstərməli olduğunu, keçirilən tədbirlərin əsas məqsədinin də insanları, xüsusulə də gəncləri zərərli vərdişlərdən uzaq tutmaq olduğunu bildirib.

Tədbirə dəvət olunan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “DeFendo” Vəkil Bürosunun həmtəsisçisi, hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubov çıxış edərək, cinayətkarlar tərəfindən insan alverinə, narkomaniyaya cəlbolunma halları barədə geniş məlumat verib və bu cinayətlərdən qorunma yollarını izah edib.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.    

 

TOP XƏBƏRLƏR