UNEC-in Rus İqtisad Məktəbində gender bərabərliyinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən "Tətbiqi iqtisadiyyat" kafedrasının dosenti Tahirə Kərimova ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazım olduğunu vurğulayıb.
Qeyd edib ki, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bildirilib ki, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub. Hazırda bütün dünya dövlətləri gender bərabərliyinin təmini sahəsində yeni imkanlar arayır, bu sahədə səylərini birləşdirməyə çalışırlar.
Tədbirin sonunda çıxışçı tələbələrin suallarını cavablandırıb.