A

UNEC-in Mühəndislik fakültəsində reproduktiv sağlamlıq və erkən nikahların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva ilk öncə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrasını təmin etmək, tədbirin əhəmiyyəti və tələbələri maarifləndirmək məqsədilə Tədbirlər Planında müzakirə olunması nəzərdə tutulan bəndləri barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra təqdimatla çıxış edən UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva və psixoloqu Mərziyə Əzməmmədova Tədbirlər Planında nəzərdə tutulmuş mövzulara uyğun olaraq qızların təhsildən yayınması hallarının və erkən nikahların qarşısının alınması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzusunda məsələləri professor-müəllim və tələbə heyətinin diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR