A

UNEC-in Mühəndislik fakültəsində professor-müəllim və tələbə heyətinin iştirakı ilə insan hüquqları, gender bərabərliyi və insan alveri problemlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.  

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Səmədov təşkil edilmiş tədbirin əhəmiyyətini vurğulayaraq, gənclərin insan hüquqlarının qorunması, gender bərabərliyi, eləcə də insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirilməsinin vacibliyindən söz açıb.

Sonra təqdimatla çıxış edən “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş mövzulara uyğun olaraq, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun fakültativ protokolu əsasında milli preventiv mexanizminin funksiyalarının səmərəli yerinə yetirilməsi, insan hüquqları, gender bərabərliyi yanaşması, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, eləcə də insan alverinin qurbanı olan uşaqların müdafiəsindən bəhs edib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR