A

UNEC-in  Rus İqtisad Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan xüsusi dərs keçirilib.

RİM-in direktor müavini, dosent Anar Eyyubov xüsusi dərsdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan bəhs edib. Ulu Öndərin xalqımızın müstəqilliyi uğrunda apardığı məqsədyönlü fəaliyyətindən danışan A.Eyyubov xalqımızın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qısa müddətdə ölkədə hökm sürən hərc-mərcliyə, anarxiya və xaosa, qardaş qırğını təhlükəsinə son qoyduğunu, Azərbaycanı davamlı və sürətli inkişaf yoluna çıxartdığını xatırladıb. O, Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir- deyən natiq, sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR