A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində tələbələr üçün “Tələbələrin mobillik proqramları” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, UNEC-in xarici ölkə universitetləri ilə ikitərəfli münasibətlərinin qurulması və beynəlxalq standartlara uyğunlaşması istiqamətində aparılan işlərin səmərəli təşkilindən bəhs edib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Marketinq Departamentinin direktoru, “Yüksəliş” Müsabiqəsinin qalibi Səkinə Vəliyeva çıxış edərək, tələbələrə təcrübə və tədqiqat əsaslı mobillik proqramları, onlarda iştirak şərtləri, təqaüdlər və tələb olunan sənədlər haqqında ətraflı məlumat verib və bu cür proqramların yüksək keyfiyyətli təhsilin və beynəlxalq təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR