A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Beynəlxalq Dizayn Çempionatında ölkəmizi layiqincə təmsil edib.

Baku Design Academy-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yaradıcı Sənayelər Mərkəzinin dəstəyi ilə ABŞ-də keçirilən Dünya Dizayn Çempionatı (Adobe World Championship) yarışında ilk dəfə olaraq Azərbaycan bayrağı dalğalanıb.

450 nəfərin qatıldığı layihə sayəsində 50 azərbaycanlı gənc beynəlxalq dizayn sertifikatı əldə edib. Onlardan ən yüksək nəticə göstərən üç gəncdən biri UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Şəbnəm Haşımlı Azərbaycanı ABŞ-də təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, Şəbnəm Haşımlı UNEC-in İnformasiya təhlükəsizliyi ixtisasına (tədris ingilis dilində) 670,9 balla qəbul olunub. 

TOP XƏBƏRLƏR