A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) inklüziv təhsilin təşviqinə və əlilliyi olan gənclərin bərabər təhsil imkanlarına sahib olmalarına xüsusi önəm verir. UNEC-də hər bir tələbənin akademik və sosial həyata tam inteqrasiyasını təmin etmək məqsədilə müasir infrastruktur, psixoloji dəstək xidmətləri, uyğunlaşdırılmış dərs mühiti və əlçatan informasiya resursları yaradılıb.

Bu yanaşmanın uğurlu nümunələrindən biri UNEC-in Rus İqtisad Məktəbinin “Menecment” ixtisası üzrə 2025-ci il məzunu Rəvan Mövsümovdur. Rəvan universitetdə keçdiyi illəri və qazandığı təcrübələri belə xatırlayır:

“UNEC mənim üçün yalnız bir universitet deyil, həm də özümü yenidən kəşf etdiyim, imkanlarımı tanıdığım və arzularımı gerçəkləşdirdiyim bir yer oldu. Əlilliyi olan tələbələr üçün yaradılan bərabər imkanlar, inklüziv təhsil mühiti, texniki və fiziki baxımdan əlçatan şərait mənim təhsil həyatımı daha mənalı etdi.

Əlçatan təhsil mühiti, elektronlaşdırlmış tədris prosesi, eləcə də fərdi dəstək və psixoloji-məsləhət xidmətləri sayəsində mən özümü universitetin tam hüquqlu üzvü kimi hiss edirdim. Bu hiss, uğur qazanmaq üçün ən əsas amillərdən biridir.

UNEC-də mənə qarşı hər zaman anlayışla yanaşan və dəstək verən müəllimlərimin rolu isə danılmazdır. Onların motivasiyaedici münasibəti yalnız akademik deyil, şəxsi inkişafımda da böyük rol oynadı.

UNEC-in İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti mənim və mənim kimi tələbələrin həyatında dönüş nöqtəsinə çevrildi. Burada həyata keçirilən layihələr və sosial tədbirlər özümüzə və potensialımıza inanmağa, cəmiyyətə daha fəal şəkildə inteqrasiya etməyə kömək etdi.

Bu mərkəzdə gördüyüm diqqət və qayğı mənim gələcək fəaliyyətimin yol xəritəsinə çevrildi. UNEC-də qazandığım bilik və dəyərləri yalnız şəxsi inkişafım üçün deyil, həm də digər gənclərə dəstək olmaq və sosial məsuliyyətimi yerinə yetirmək üçün istifadə edəcəm. UNEC ailəsinin bir parçası olduğun üçün qürurluyam.”

UNEC olaraq Rəvan Mövsümov kimi tələbələrimizlə fəxr edirik. Onların uğur hekayələri inklüziv və bərabərhüquqlu təhsil prinsiplərinin nə qədər önəmli olduğunu bir daha göstərir və sübut edir ki, əlçatan təhsil reallaşan arzular deməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay