A

UNEC-in Mühəndislik fakültəsində "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Tədbirlər Planının icrası istiqamətində iqlim dəyişikliyi və COP ilə bağlı maarifləndirici sənədli film nümayiş etdirilib.

Fakültənin dekan müavini Sevinc Abdullayeva bildirib ki, COP29 davamlı gələcəyə doğru mühüm addımdır və onun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu tədbir Azərbaycanın planetin gələcəyini düşünən məsuliyyətli ölkə olduğunu dünyaya nümayiş etdirəcək və beynəlxalq nüfuzun artırılmasını təmin edərək ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbirlərdən biri olacaq.

Daha sonra nümayiş etdirilən sənədli filmdə iqlim dəyişikliyinin indi bütün dünyanın qarşısında danılmaz bir reallıq kimi dayanması, qlobal temperaturun artması üzündən hava şəraitinin dəyişməsi, ekstremal hava hadisələri ilə təbii fəlakətlərin daha tez-tez baş verməsi, sürətlə dəyişən iqlimin insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növləri üçün nəsli kəsilmək təhlükəsi yaratması, qalıq yanacaq istifadəsinin yayılması nəticəsində atmosferə atılan istixana qazlarının artması ilə dünya temperaturunun yüksəlməsi məsələləri ilə nəticələrinin ağır olması barədə məlumat verilib.

TOP XƏBƏRLƏR