A

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə COP29 çərçivəsində Beynəlxalq arenaya salınan körpü - COP29” adlı maarifləndirici tədbir keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin katibi baş müəllim Aytən Ağayeva açaraq, qeyd edib ki, ekoloji siyasət Azərbaycan Respublikasının prioritet məsələlərindəndir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

UNEC Dizayn məktəbinin baş müəllimi Gülçöhrə Salehzadə Ulu öndər Heydər Əliyevin sosial iqtisadi siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyevin ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına ciddi önəm verildiyini və bu il COP29-a Azərbaycanın ev sahibliyi etməsini  bu sahənin ölkəmizdə öncül məsələlər sırasında olduğunu bir daha  vurğulayıb.

Tədbirin sonunda UNEC Dizayn məktəbinin tələbəsi Aysel Ələkbərzadə təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR