A

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə COP29 çərçivəsində UNEC-in 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq, maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov İqlim dəyişikliyi və COP29 ilə bağlı tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu istiqamətdə insanların məlumatlılıq səviyyəsinin artırılmasının vacibliyini qeyd edib. 

Sonra tədbirdə “Ekologiya” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ləman Qasımova və “Sosial iş” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Gülnur Yolçuyevin “İqlim dəyişikliyi və COP29” ilə bağlı hazırladıqları videotəqdimat nümayiş olunub. 

TOP XƏBƏRLƏR