UNEC-in Mühəndislik fakültəsində COP29-a həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə dekan müavini Sevinc Abdullayeva, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Ramil Sadıqov çıxış ediblər. Çıxışlarında 4-cü “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan olunmasını nəzərə çatdıraraq, dünya ictimaiyyətinin diqqətinin son zamanlarda baş verən iqlim dəyişikliklərinə yönəldiyini vurğulayıblar. COP29-un Azərbaycana həvalə olunmasının ölkəmizin beynəlxalq məkanda nüfuzunun artması və qlobal ekoloji problemlərə həssaslıqla yanaşmasının bariz nümunəsi olduğunu qeyd ediblər.
Tədbirdə həmçinin qlobal iqlim dəyişmələri fonunda dünyada və Azərbaycanda ən son baş verən ekoloji məsələlər işıqlandırılıb. İştirakçılara işğaldan azad olunmuş rayonlarda ekoloji faciənin miqyası haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.