Hal-hazırda bu gün dünyanın qarşılaşdığı bir neçə ekoloji problemlər var. Bu problemlərin yaranması nəticəsində böyük fəlakətlərlə yanaşı ozon dəliyinə təsiri ilə təbiətə və bütün canlılara ziyanı olur. Ən kritik ekoloji hadisələr iqlimin dəyişməsilə, çirklənmələr, meşələrin qırılması, su qıtlığı və s.
Buradan görünür ki, əgər iqlim dəyişikliyi baş verərsə qlobal temperaturun artmasına, buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur. Çirklənmələr ilə kənd təsərrüfatı və tullantıların idarə edilməsi nəticəsində su, torpaq, hava çirklənməsi ilə insan sağlamlığında ciddi risklərin yaranması və ətraf mühitin pozulmasına səbəb olacaqdır. Ən əsas hissələrə nəzər salsaq meşələrin qırılması və şəhər inkişafı üçün meşələrin geniş miqyaslı təmizlənməsi, bunun nəticəsində yaşayış mühiti, karbon anbarı itirilir və eyni zamanda şirin su ehtiyatrının həddən artıq çıxarılması, çirklənmə və iqlim dəyişikliyi bir çox regionlarda su qıtlığına səbəb olur, kənd təsərrüfatına və insanın sağlamlığına təsir göstərir.
Bu hissəni yalnız qlobal olaraq deyil öz vətənimizin, yəni Azərbaycanımızın bütün bölgələrində məhz bu ekoloji problemlər varsa, onu aradan qaldırmaq üçün tədbirlər görülməlidir.
COP29 Azərbaycanda həyata keçirilməsi ölkənin xüsusi ekoloji, iqtisadi və sosial əlaqələrin bir neçə əsas addımlarını əhatə edir.
Milli İqlim Strategiyamız ondan ibarətdir ki, emissiyaların azaldılması və davamlı inkişaf məqsədlərimizə diqqət yetirməliyik. Yerli ehtiyacların və imkanların iqlim fəaliyyət planlarına nəzərə alınması, maarifləndirmə, ictimai məsləhətləşmələr, rəy toplamaq üçün seminarlar təşkil olunmalıdır.
Enerji yaratmaq üçün xüsusilə günəş və külək potensialı ilə zəngin rayonlarımızda məhz bu enerji mənbələrindən, kənd təsərrüfatı üçün su idarəçiliyinə diqqət yetirərək davamlı əkinçilik təcrübələrinin həyata keçirilməsi vacibdir.
Meşə təsərrüfatına gəlincə burada meşələrin sayını artırmaq üçün ağaclar əkməliyik və eyni zamanda onların məhv olmaması üçün müəyyən tədbirlər görülməlidir.
İqlim dəyişikliyindən ən çox risk altında olan rayonlarımızı müəyyən etməliyik və qiymətləndirmələr aparmalıyıq. Və eyni zamanda iqlim təsirlərinə icmanın dayanıqlığını artıran infrastruktur və xidmətləri inkişaf etdirməliyik.
Bu strategiyaları həyata keçirməklə Azərbaycan yerli çağırışları və imkanları həll edərkən COP29 məqsədlərinə effektiv şəkildə uyğunlaşacaq. Bütün səviyyələrdə əməkdaşlıq və öhdəlik uğur üçün həlledici olacaqdır.
Mühəndislik fakültəsinin
IV kurs tələbəsi Rəvan Xəlilov